Bakıda Qara Qarayevin abidəsin açılışı olmuşdur

APA-nın məlumatına görə, hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi xalq rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb.
 
Dövlət başçısı mərasimdə çıxış edib.
 
Bakı Musiqi Akademiyasının rektoru, xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Qara Qarayevin tələbəsi, xalq artisti, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb, xatirələrini bölüşüblər.

Qara Qarayevin oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Fərəc QARAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əziz həmkarlar,

Əziz dostlar,

Əziz bakılılar!

Həqiqətən, bu gün bizim üçün böyük bayramdır. Biz bu gün müəllimimizin, professorumuzun abidəsini açırıq. O, həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri indiki Bülbül prospektindəki mənzilindən çıxıb konservatoriyaya gedir, səhər saat 11-dən üçə, dördə və beşədək tələbələrlə məşğul olurdu. Zənnimcə, bu yer çox uğurlu seçilmişdir.

Cənab Prezidentin dediyi kimi, Azərbaycanda həm Qara Qarayev prospekti, həm metro stansiyası, həm də \"Qara Qarayev” teploxodu vardır, Dövlət kamera orkestri də Qara Qarayevin adını daşıyır. Mərhum bəstəkara bu hörmət və ehtiram ötən əsrin 80-90-cı illərində göstərilmişdir. O vaxt respublikaya, daha sonra müstəqil Azərbaycana Heydər Əlirza oğlu Əliyev rəhbərlik edirdi. Cənab Prezident, həmin ənənənin bu gün davam etməsinə görə biz minnətdarlıq və təşəkkür dolu ən səmimi sözlərimizi ifadə edib, Sizə \"çox sağ olun” deyirik. Hazırda çox gözəl incəsənət məktəbinə Qara Qarayevin adı verilmişdir. Bu gün bu gözəl abidənin açılışıdır.

Zənnimcə, abidə həqiqətən maraqlıdır. Biz abidənin eskizlərini müəllif, heykəltəraş Fazil Nəcəfovla müzakirə etmişik. Düşünürəm ki, heykəltəraş abidədə bəstəkarın daxili dünyasını göstərə bilmişdir. Mənə belə gəlir ki, bu, böyük uğurdur.

Fikrimcə, Azərbaycan məşhur oğlu üçün maksimum nə mümkündürsə, onu da etmişdir.

Çox sağ olun, cənab Prezident.

Fikirlər

Facebook

Bəyənilib İzlənilsin!