Rübabə Muradova 22 mart 1933-cü ildə Ərdəbildə anadan olmuşdur. Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirmişdir (1955). 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür.
Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
28 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir.
— 2016/07/850.mp3
Update Required
To play the media you will need to either update your browser to a recent version or update your Flash plugin.